“Bizim böyük Qələbəmiz”
Martın 1-də Qaradağ rayon Ə.Kazımov adına tam orta məktəbdə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı olub.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional inkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə hazırlanan kitabın təqdimat mərasimində BŞİH-nin əməkdaşı Mirtiral Mirsultanov, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri M.Byramov, ATİAHİ Qaradağ rayon komitəsinin sədri Z.Rzayeva və digər rəsmi şəxslər iştirak etdilər.
Tədbirdə çıxış edən məktəbin direktoru S.Rzayeva kitabın hazırlanmasında əməyi keçən hər kəsə minnətdarlıq edib və qeyd edib ki, bu kitab Vətən müharibəsinin, o cümlədən artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin şagirdlər tərəfindən dərindən öyrənilməsində etibarlı vəsait olacaq. 
Daha sonra çıxış edənlər II Qarabağ müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətindən, xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlikdən və şanlı qələbəmizin Azərbaycan tarixində rolundan bəhs ediblər. Sonda məktəb şagirdlərinə kitablar paylanılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo