ATİAHİ Qaradağ rayon komitəsi müharibə iştirakçısının yeni dünyaya gələn övladına hədiyyələr təqdim edib

Bakının Qaradağ rayonunun E.Həsənov adına 139 №-li məktəbinin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Fuad Məmmədovun oğlan övladı dünyaya gəlib. Bu münasibətlə ATİAHİ Qaradağ rayon komitəsinin əməkdaşları Fuad Məmmədovu təbrik edib, yeni dünyaya gələn oğluna xoşbəxtlik, sağlam həyat, atası kimi Vətənmizə sədaqətli oğul olmasını arzulayıblar.
Komitənin əməkdaşları körpə üçün alınmış hədiyyələri atasına təqdim ediblər. F.Məmmədov göstərilən diqqətə görə komitə əməkdaşlarına təşəkkür edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo